...

DSMF-nin 2023-cü il büdcəsi təsdiqləndi

İqtisadiyyat Materials 9 Dekabr 2022 11:16 (UTC +04:00)
DSMF-nin 2023-cü il büdcəsi təsdiqləndi
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2023-cü il büdcəsi haqqında qanun layihəsi üçüncü oxunuşda Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilib.

Trend-in məlumatına görə, layihəyə əsasən, ümumilikdə növbəti il Fondun cəmi xərclərinin 6 milyard 263,97 milyon manat məbləğində proqnozlaşdırılır.

2022-ci il üzrə isə bu xərclər 5 milyard 606,27 milyon manat proqnozlaşdırlıb. Növbəti ildə Dövlət Sosial Müdafiə Fondunun xərclərində artım əsasən əmək pensiyalarının maliyyələşdirilməsi (5 907 180 000,0) üzrə proqnozlaşdırılıb ki, bu da əhalinin sosial müdafiəsinin gücləndirilməsi və ilə bağlı dövlət siyasətinin, eləcə də həyata keçirilmiş sığorta ödənişləri qarşılığında öhdəliklərin müvəffəqiyyətlə reallaşdırılması üçün əsaslı maliyyə zəminini formalaşdırır.

Müzakirələrdən sonra DSMF-nin büdcəsi səsverməyə qoyularaq qəbul edilib.

Növbəti ildə Fondun xərcləri gəlirlərinə bərabər tutulmaqla cari ilin təsdiq edilmiş proqnoz göstəricisindən 657,7 mln. manat və ya 11,7%, gözlənilən icrasından isə 927,3 mln. manat və ya 17,4% çox nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti