Bakı. Trend:
Azərbaycanda ölkə səviyyəsində risklərin müəyyənləşdirilərək qiymətləndirilməsi, həmin risklərə uyğun olaraq hədəflərin müəyyən edilməsi, eləcə də risklərin aradan qaldırılması və ya azaldılması üzrə yeni tədbirlər müəyyən edilir.
Trend-in məlumatına görə, Milli Məclisinin bu gün keçirilən
iclasında “Cinayət yolu ilə əldə edilmiş əmlakın
leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı
mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun layihəsinə
dair müzakirəyə çıxarılıb. Qanun layihəsinə əsasən, ölkə risk
qiymətləndirilməsi ölkə səviyyəsində risklərin müəyyənləşdirilərək
qiymətləndirilməsi, həmin risklərə uyğun olaraq hədəflərin müəyyən
edilməsi, eləcə də risklərin aradan qaldırılması və ya azaldılması
üzrə atılan tədbirlərdən ibarətdir. Cinayət yolu ilə əldə edilmiş
əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi
risklərinin ölkə səviyyəsində qiymətləndirilməsi sahəvi və
institusional qiymətləndirmələrin nəticələrinə əsaslanmaqla
Koordinasiya Şurası tərəfindən aidiyyəti nəzarət orqanlarının,
digər dövlət orqanlarının (qurumların), öhdəlik daşıyan şəxslərin,
habelə bu qanunla müəyyən edilmiş şəxslərin, həmçinin əlaqəli
sahələrin nümayəndələrinin iştirakı ilə ən azı 3 ildə bir dəfə
həyata keçirilir. Müzakirələrdən sonra dəyişikliklər səsverməyə
qoyularaq birinci oxunuşda qəbul edilib.