Bakı. Trend:
Azərbaycan pasportlarının dünya reytinqində mövqelərini yaxşılaşdırır.
Trend çərşənbə axşamı xəbər verir ki, "Henley & Partners"də dünya pasportu indeksinin məlumatları dərc olunub.
Reytinqdə Azərbaycan 76-cı yerdə qərarlaşıb (2022-ci ildə Azərbaycan bu reytinqdə 78-ci yerdə olub). Respublika vətəndaşları 70 ölkəyə vizasız gedə bilərlər.
"Henley & Partners" "World Passport Index"in ən son nəticələri reytinqin 17 il əvvəl başlamasından bəri vətəndaşlar üçün vizasız səyahət imkanlarında ən böyük boşluğu göstərir.
Yaponiya vətəndaşları artıq 193 istiqamətə vizasız gedə bilərlər - bu, reytinqdə sonuncu yerdə olan Əfqanıstandan 166 bal çoxdur.
Sinqapur və Cənubi Koreya 192 vizasız istiqamətə getmək imkanı ilə ikinci yerdədir. Reytinqin sonuncu pillələrində İraq (108-ci yer, 29 istiqamət) və Əfqanıstan (109-cu yer, 27 istiqamət) qərarlaşıb.