...

Bir ailəyə düşən sosial yardım nə qədər olacaq? - Komitə sədrindən açıqlama

İqtisadiyyat Materials 10 Yanvar 2023 14:22 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ünvanlı sosial yardımın təyin edilməsi üçün əsas götürülən ehtiyac meyarının məbləğinin 2023-cü il üçün artırılaraq yaşayış minimumu ilə eyniləşdirilməsi sosial islahatlar tarixində ciddi hadisədir.

Bunu Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

O bildirib ki, hazırda həm yaşayış minimumu, həm ehtiyac meyarı 246 manat məbləğində müəyyənləşdirilib.

"Ehtiyac meyarının ötən illə müqayisədə təxminən 23 faiz artırılması ailələrə və fərdlərə verilən ünvanlı sosial yardımın təqribən 35 faiz artmasını şərtləndirəcək. 2023-cü ildə ünvanlı sosial yardımlarının bir ailəyə düşəcək orta aylıq məbləğinin təxminən 535 manata çatacaq ki, bu da təqribən 270 min aztəminatlı vətəndaşımızı əhatə etmiş olacaq", - deyə M.Quliyev bildirib.

Komitə sədri vurğulayıb ki, ehtiyac meyarının yaşayış minimumu ilə eyniləşdirilməsi yoxsulluqla mübarizədə çox ciddi bir hadisədir. Azərbaycan hökumətinin sosial siyasətində aktiv sosial müdafiə tədbirləri prioritet təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti