...

İki il ərzində Qarabağın bərpasına xərclənmiş vəsaitin məbləği açıqlanıb (FOTO)

İqtisadiyyat Materials 30 Yanvar 2023 16:30 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

İki il ərzində işğaldan azad olunmuş ərazilərin təkcə bərpa və yenidənqurulması işləri üçün dövlət büdcəsindən 6,5 milyard manat vəsait maliyyələşdirilib.

Trend-in məlumatına görə, bu barədə Maliyyə Nazirliyinin geniş kollegiya iclasında bildirilib.

Vurğulanıb ki, yenidənqurmanın və bərpanın ikinci ilində işğaldan azad olunmuş ərazilərin bərpası üçün 2022-ci ilin dövlət büdcəsindən cəm olaraq 4 milyard 315 milyon manat vəsait ayrılıb.

“Bu məqsədlər üçün ilkin proqnozlaşdırılan 2 milyard 670 milyon manat vəsait 60 faizdən yuxarı artırılıb. Bu, ötən ilin dövlət büdcəsindəki vəsaitlərin çevik idarəedilməsi hesabına mümkün olub. Ümumilikdə, iki il ərzində işğaldan azad olunmuş ərazilərin təkcə bərpa və yenidənqurulması işləri üçün dövlət büdcəsindən 6,5 milyard manat vəsait maliyyələşdirilib", - deyə qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti