...

Azərbaycanda aqroparkların reyestrinin yaradılması üzrə iş tamamlanıb

İqtisadiyyat Materials 1 Fevral 2023 14:42 (UTC +04:00)
Azərbaycanda aqroparkların reyestrinin yaradılması üzrə iş tamamlanıb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda aqroparkların reyestrinin yaradılması üzrə iş tamamlanıb.

Trend-in məlumatına görə, bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarə heyətinin sədri Elşad Nuriyev 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

"Bu gündən etibarən proqressiv texnologiyalar tətbiq edən aqrokomplekslər aqropark statusu ala bilər. Bunun müsbət tərəfi ondan ibarətdir ki, səmərəli fəaliyyət göstərən aqroparklar dövlət tərəfindən müvafiq infrastruktura dəstək üçün güzəştli kreditlər əldə etmək imkanına malik olacaq. Yəni fəaliyyəti davamlı və səmərəli olan aqrokomplekslərə dəstək göstəriləcək, digərləri aqropark statusu ala bilməyəcək", - o deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanın 32 rayonunda 51 aqroparkın yaradılması istiqamətində işlər davam etdirilir (34 aqropark bitkiçilik üzrə, 14 aqropark bitkiçilik və heyvandarlıq üzrə, 1 aqropark heyvandarlıq üzrə, 2 aqropark isə emal sənayesi üzrə ixtisaslaşıb). 44 aqropark artıq fəaliyyətə başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti