...

Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunda insan inkişafı üzrə direktoru Azərbaycana gəlir

İqtisadiyyat Materials 22 Fevral 2023 16:28 (UTC +04:00)
Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunda insan inkişafı üzrə direktoru Azərbaycana gəlir

Bakı. Trend:

Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunda insan inkişafı üzrə direktoru Fadia Saadah Azərbaycana səfər edir.

Trend-in məlumatına görə, o, fevralın 24-də JW Marriot Abşeron mehmanxanasında Azərbaycan üzrə yeni hazırlanmış İnsan Kapitalı İcmalının təqdimatında iştirak edəcək.

İnsan Kapitalı İcmalının (HCR) məqsədi Azərbaycanda əsas insan kapitalı aspektlərinin vəziyyətini və bu sahədə çağırışları qiymətləndirmək, gücləndirilməsi zəruri olan prioritet istiqamətləri müəyyən etmək və ölkə üçün spesifik həll yollarını təklif etməklə Azərbaycan Hökumətinə 2030-cu ilə qədər Milli Prioritetlərin və 2022-2026-cı illər üzrə Sosial-İqtisadi İnkişaf Strategiyasının həyata keçirilməsinə dəstək verməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti