...

AZPROMO Latviyanın İnvestisiya və İnkişaf Agentliyi ilə Anlaşma Memorandumu imzalayıb

İqtisadiyyat Materials 9 Mart 2023 16:02 (UTC +04:00)

Bakı. Trend:

İqtisadiyyat naziri Mikayıl Cabbarov Latviya Prezidenti Katibliyinin rəhbəri Andris Teikmanis ilə görüşüb.

Trend xəbər verir ki, bu barədə nazir məlumat verib.

“Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafı, iqtisadi-ticarət əlaqələrinin mövcud vəziyyəti və potensial əməkdaşlıq imkanları barədə fikirlərimizi bölüşdük. Görüş çərçivəsində Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO və Latviyanın İnvestisiya və İnkişaf Agentliyi (LIAA) arasında imzalanmış Anlaşma Memorandumu ikitərəfli iqtisadi münasibətlərin möhkəmlənməsinə və birgə investisiya layihələrinin həyata keçirilməsinə töhfə verəcək”, - deyə Mikayıl Cabbarov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti