...

Ölkədə əhalinin hər nəfərinə düşən ÜDM-in həcmi açıqlanıb

İqtisadiyyat Materials 14 Mart 2023 20:52 (UTC +04:00)
Ölkədə əhalinin hər nəfərinə düşən ÜDM-in həcmi açıqlanıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanda 19 milyard 812,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3,6 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 4,6 faiz artıb.

ÜDM istehsalının 50,3 faizi sənaye, 8,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 5,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,8 faizi tikinti, 2,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,5 faizi informasiya və rabitə sahələrinin, 16,9 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,0 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 1955,6 manata bərabər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti