...

Bu il mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlakların sayı məlum olub

İqtisadiyyat Materials 15 Mart 2023 11:15 (UTC +04:00)
Bu il mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlakların sayı məlum olub
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlakların sayı artıb.

Bu barədə Trend-ə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat verilib.

2023-cü ilin yanvar-fevral ayları ərzində mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 7 300-ü fərdi yaşayış və bağ evi, 13 915-i mənzil, 57 297-si torpaq sahəsi, 506-sı qeyri-yaşayış binası, 1 141-i qeyri-yaşayış sahəsi, 89-u əmlak kompleksi, 26-sı isə çoxmərtəbəli yaşayış binasıdır.

Bu dövrdə dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 13 803-ü Bakı şəhərinin, qalanı isə bölgələrin payına düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti