...

Əməyin Mühafizəsi Mərkəzi yaradılacaq

İqtisadiyyat Materials 29 Mart 2023 18:03 (UTC +04:00)
Əməyin Mühafizəsi Mərkəzi yaradılacaq

Bakı. Trend:

Azərbaycanda Əməyin Mühafizəsi Mərkəzi yaradılacaq.

Trend xəbər verir ki, bu, Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2023-2025-ci illər üçün Baş Kollektiv Sazişdə əksini tapıb.

Eyni zamanda, Beynəlxalq Əmək Təşkilatının transmilli şirkətlərin fəaliyyətinin və sosial siyasətinin prinsipləri haqqında üçtərəfli Bəyannaməsinə əsasən, transmilli şirkətlərdə, xarici sərmayə ilə işləyən və müştərək müəssisələrdə çalışan işçilərin əmək və sosial- iqtisadi hüquqlarının qorunması ilə bağlı birgə iş aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti