...

Azərbaycan, Dünya Bankı və Avropa Komissiyası yeni əməkdaşlıq strategiyası üzərində çalışır (ÖZƏL)

İqtisadiyyat Materials 8 Aprel 2023 08:02 (UTC +04:00)
Azərbaycan, Dünya Bankı və Avropa Komissiyası yeni əməkdaşlıq strategiyası üzərində çalışır (ÖZƏL)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın Dünya Bankı (DB) və Avropa Komissiyası ilə gələcək əməkdaşlığı Azərbaycanın 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasına əsaslanıb.

Bu barədə Trend-ə iqtisadiyyat nazirinin müşaviri Əsgər Ələkbərov deyib.

Onun sözlərinə görə, bu beynəlxalq institutlar tərəfindən strateji əməkdaşlıq strategiyasının hazırlığı üzrə iş aparılır.

"Hazırda Dünya Bankı Azərbaycan üzrə növbəti 2-5 ili əhatə edəcək müvafiq strategiya hazırlayır. Ölkəmizin hakimiyyəti bu strategiya çərçivəsində Azərbaycanın 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasına əsasən prioritet sahələrin istiqamətlərini müzakirə edib. Avropa Komissiyası ilə öz növbəsində iqtisadi və investisiya əməkdaşlığı çərçivəsində layihələr müzakirə olunmaqdadır", - o deyib.

Ə.Ələkbərov DB və Avropa Komissiyası ilə iki ayrı sazişin əldə olunacağını bildirib.

Qeyd edək ki, Azərbaycan və DB artıq Dünya Bankının ölkə üzrə yeni strategiyasında prioritet istiqamət və sahələr üzrə müəyyən razılaşmalar əldə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti