...

Qarabağda yük avtomobillərinə servis xidməti göstərəcək müəssisə yayda işə salınacaq

İqtisadiyyat Materials 11 Aprel 2023 12:26 (UTC +04:00)
Qarabağda yük avtomobillərinə servis xidməti göstərəcək müəssisə yayda işə salınacaq
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Qarabağda yük avtomobillərinə servis xidməti göstərəcək rus-Azərbaycan birgə müəssisəsi "Auto Leasing Azerbaijan" MMC 2023-cü ilin iyul ayında istismara veriləcək.

Trend çərşənbə axşamı xəbər verir ki, bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəetmə heyətinin sədri Elşad Nuriyev jurnalistlərə deyib.

"Hazırda tikinti işlərinin 85 faizi tamamlanıb", - o bildirib.

Qeyd edək ki, "Auto Leasing Azerbaijan" MMC-nin işə salınması Azərbaycanda müəssisə və sahibkarların nəqliyyat məsələlərinin həllinə imkan yaradacaq, habelə birgə lizinq şirkəti vasitəsilə ölkə ərazisində müştərilərin maliyyələşdirilməsinə yönəlib.

Xatırladaq ki, Cəbrayılda yaradılan "Araz Vadisi İqtisadi Zonası" sənaye parkında hazırda iki sahibkarlıq subyekti rezident statusu, bir subyekt isə qeyri-rezident statusu alıb.

2022-ci ildə 28 sahibkarlıq subyekti sənaye parklarında rezident statusu əldə edib, bütünlükdə isə bugünədək 116 sahibkarlıq subyekti rezident olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti