...

Yanvar-mart aylarında Xorvatiyadan Türk limanlarına 1 milyon tondan çox yük daşınıb

İqtisadiyyat Materials 12 Aprel 2023 16:07 (UTC +04:00)
Yanvar-mart aylarında Xorvatiyadan Türk limanlarına 1 milyon tondan çox yük daşınıb

Bakı. Trend:

2023-cü ilin yanvar-mart aylarında Xorvatiyadan Türk limanlarına 1 milyon 344 min 319 ton yük daşınıb.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Türkiyə bayrağı altında üzən gəmilər Xorvatiyadan limanlara 20 min 691 ton, digər ölkələrin bayraqları altında üzən gəmilər isə 1 milyon 268 min 288 ton yük çatdırıb.

Bu müddət ərzində Xorvatiya bayraqlı gəmilərlə Türkiyə limanlarına 55 min 340 ton yük çatdırılıb. 2023-cü ilin yanvar-mart aylarında Türkiyə limanlarına Xorvatiyadan 109 min 360 ton tranzit yük daşınıb.

Qeyd edək ki, 2023-cü ilin mart ayında Türkiyə limanları 31 milyon 918 min 316 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 314 min 457 ton təşkil edib.

Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 29 milyon 603 min 859 ton olub.

Bununla yanaşı, 2023-cü ilin mart ayında Türkiyə limanlarından 6 milyon 158 min 839 ton transit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2023-cü ilin yanvar-mart aylarında Türkiyə limanları 91 milyon 557 min 143 ton yük qəbul edib.

2023-cü ilin yanvar-mart aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 6 milyon 474 min 522 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 85 milyon 82 min 621 ton təşkil edib.

Məlumatda bildirilib ki, 2023-cü ilin yanvar-mart aylarında Türkiyə limanlarından 18 milyon 304 min 620 ton transit yük daşınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti