...

Dövlət qurumlarının bank hesabından 12 milyon manatdan çox vəsait büdcəyə köçürülüb

İqtisadiyyat Materials 13 Aprel 2023 13:21 (UTC +04:00)
Dövlət qurumlarının bank hesabından 12 milyon manatdan çox vəsait büdcəyə köçürülüb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Qurumların bank hesabında olan milyonlarla manatlıq qalığın büdcəyə silinməsi ilə bağlı Hesablama Palatasının təklifi icra olunub.

Trend-in məlumatına görə, bu barədə Hesablama Palatasının 2022-ci il fəaliyyəti haqqında Hesabatında bildirilir.

Hesabatda maliyyə xarakterli təkliflərin icra vəziyyəti açıqlanıb. Qurumların bank hesablarında olan 11,8 mln. manatlıq qalıq vəsaitin büdcəyə silinməsi ilə bağlı Hesablama Palatası tərəfindən təklif verilib, hazırki dövrədək həmin vəsaitin 11,0 mln. manatının icrası (silinmə və kreditor borclarla əvəzləşdirilmə formasında) təmin edilib, digər hissəsi üzrə işlər davam etdirilir.

Qeyd edək ki, aprelin 12-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Hesablama Palatasının 2022-ci ildə fəaliyyəti haqqında Hesabatı müzakirə edilərək parlamentin plenar iclasına tövsiyə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti