...

Yanvar-mart aylarında Türkiyə Azərbaycana kimyəvi maddə ixracını artırıb

İqtisadiyyat Materials 13 Aprel 2023 18:49 (UTC +04:00)
Yanvar-mart aylarında Türkiyə Azərbaycana kimyəvi maddə ixracını artırıb

Bakı. Trend:

Türkiyə 2023-cü ilin yanvar-mart aylarında Azərbaycana kimyəvi maddə məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 18,6 faiz artıraraq 123,5 milyon dollara çatdırıb.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Mart ayında Türkiyə Azərbaycana kimyəvi maddə məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 25,4 faiz artıraraq 46,8 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-mart aylarında Türkiyənin kimyəvi maddə məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 faiz azalaraq 7,4 milyard dollara bərabər olub.

Bu ilin mart ayında Türkiyə 2,9 milyard dollar məbləğində kimyəvi maddə məhsulları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 4,9 faiz azdır.

Qeyd olunub ki , son 12 ay ərzində (mart 2022-mart 2023) Türkiyə 33,4 milyard dollar məbləğində kimyəvi maddə məhsulları ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti