...

Anglo Asian Mining Azərbaycanda qızıl hasilatını azaldıb

İqtisadiyyat Materials 19 Aprel 2023 09:16 (UTC +04:00)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin birinci rübündə Anglo Asian Mining (ААМ) şirkəti Azərbaycanda 6 741 unsiya qızıl hasil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 32,85 faiz azdır.

Trend-ə bu barədə şirkətdən məlumat verilib.

Şirkətdən verilən məlumata görə, qeyd olunan dövrdə mis hasilatı illik hesablamada 49 faiz artaraq 568 tondan 847 tona, gümüş hasilatı isə 2,2 dəfədən çox artaraq 50 674 unsiyadan 22 566 unsiyaya çatıb.

Birinci rübdə şirkətin qiymətli metal satışından əldə etdiyi gəlir 10,7 milyon dollar, qızıl satışından əldə etdiyi gəlir isə 2,4 milyon dollar təşkil edib.

31 mart 2023-cü ildə qızıl ehtiyatları 3,6 milyon dollar dəyərində, mis ehtiyatları isə 6 milyard dollar dəyərində qiymətləndirilib.

Anglo Asian Mining Azərbaycanda yaxın illərdə "Qaradağ", "Xarxar" və "Dəmirli" kimi müqavilə zonalarını istismara verməyi planlaşdırır. İşğaldan azad edilmiş ərazilərdə şirkət artıq Zəngilan rayonunda "Vejnəli" qızıl yatağının kəşfiyyatına başlayıb.

Anglo Asian Mining tərəfindən Azərbaycanda istehsal olunan qızıl külçələr əsasən İsveçrəyə, mis isə Gürcüstan, Özbəkistan və Türkiyəyə ixrac olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti