...

Bu il Rusiya satış şəbəkələrinə 880 min dollarlıq məhsul ixrac edilib - AZPROMO

İqtisadiyyat Materials 4 May 2023 11:17 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan şirkətlərinin öz məhsulları ilə Rusiya bazarında fəaliyyətlərinin genişlənməsi davam edir. Yerli şirkətlərin Rusiyanın aparıcı pərakəndə satış şəbəkəsindən biri olan "X5 Group" ilə bağladığı ixrac müqavilələrinin dəyəri ildən-ilə artır.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) Trend-ə verilən məlumata görə, AZPROMO-nun dəstəyi ilə Rusiyada 19 mindən çox mağazanı əhatə edən, ölkənin ən böyük satış şəbəkələrindən biri sayılan "X5 Group"a 2022-ci ildə Azərbaycandan 918,6 min ABŞ dolları dəyərində emal edilmiş qida məhsulları ixrac edilib. Təkcə cari il ərzində isə ixrac edilmiş məhsulun dəyəri 880,6 min ABŞ dolları təşkil edib.

Qeyd edək ki, indiyədək şəbəkə ilə "AzNar", "TAC-Gülüstan", "Agro-Azerinvest", "Zira Brightman", "Berg Energy", "Azərsun Holdinq" və "Abşeron-Şərab" şirkətləri ilə mineral və qazlı sular, alkoqolsuz energetik içkilər, konservləşdirilmiş tərəvəzlər, meyvə şirələri, şərab və brendi ixracı üzrə müqavilələr imzalanıb. Sözügedən məhsullar şəbəkəyə aid 3 mindən çox mağazada təqdim olunur və indiyədək 865 min ədəddən çox yerli mal Rusiya istehlakçıları tərəfindən alınıb.

Xatırladaq ki, AZPROMO tərəfindən ixracın təşviqi istiqamətində görülən tədbirlər çərçivəsində ötən ilin may ayında Azərbaycan şirkətləri öz məhsullarını Bakıda "X5 Group"un işçi heyəti üçün təşkil olunan qida sənayesi sərgisində nümayiş ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti