Bakı. Trend:
Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoruna son 5 ildə cəlb olunmuş birbaşa xarici investisiyaların (BXİ) həcmi 5 mlrd. dolları ötüb.
Bu barədə Trend-ə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO-dan məlumat verilib.
Bildirilib ki, bu sektora yatırılmış BXİ-nin ümumi birbaşa xarici investisiyalarda payı isə 21,2% təşkil edib.