...

Yanvar-aprel aylarında Türkiyə Azərbaycana kimyəvi maddə məhsulları ixracını artırıb

İqtisadiyyat Materials 8 May 2023 17:06 (UTC +04:00)
Yanvar-aprel aylarında Türkiyə Azərbaycana kimyəvi maddə məhsulları ixracını artırıb

Bakı. Trend:

Türkiyə 2023-cü ilin yanvar-aprel aylarında Azərbaycana kimyəvi maddə məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 7,5 faiz artıraraq 161,7 milyon dollara çatdırıb.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Mart ayında Türkiyə Azərbaycana kimyəvi maddə məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 17,5 faiz azaldaraq 38,2 milyon dollara çatdırıb.

Qeyd edək ki,2023-cü ilin yanvar-aprel aylarında Türkiyənin kimyəvi maddə məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 10 faiz azalaraq 9,8 milyard dollara bərabər olub.

Bu ilin aprel ayında Türkiyə 2,4 milyard dollar məbləğində kimyəvi maddə məhsulları ixrac edib ki, bu da keçən ilin aprel ayı ilə müqayisədə 27,7 faiz azdır.

Qeyd olunub ki , son 12 ay ərzində (aprel 2022-aprel 2023) Türkiyə 32,4 milyard dollar məbləğində kimyəvi maddə məhsulları ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti