...

"Azərkosmos"un indiyə qədər əldə etdiyi gəlir açıqlanıb

İqtisadiyyat Materials 11 May 2023 11:23 (UTC +04:00)
"Azərkosmos"un indiyə qədər əldə etdiyi gəlir açıqlanıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2013-cü ildən etibarən fəaliyyətə başladığı dövrdən indiyə qədər Azərkosmos (Azərbaycan Respublikasının Kosmik Agentliyi) 515 milyon manat gəlir əldə edib.

Trend-in məlumatına görə, bunu Agentliyin İdarə Heyətinin sədri Saməddin Əsədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Kosmik fəaliyyət haqqında” haqqında yeni qanun layihəsinin müzakirəsi zamanı deyib.

S.Əsədov vurğulayıb ki, gəlirlərin 90 faizi xaricdən formalaşıb.

“Xidmətlər dollar və avro ilə göstərilib. Biz ölkəyə xarici valyuta axınına dəstək olmuşuq. Kosmik sahə gəlirli, öz xərcini qaytaran sahə hesab olunur”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti