...

Qeyri-neft sektoruna aid mal ixrac edilən ölkələr sırasında Rusiya birincidir

İqtisadiyyat Materials 1 İyun 2023 06:41 (UTC +04:00)
Qeyri-neft sektoruna aid mal ixrac edilən ölkələr sırasında Rusiya birincidir

Bakı. Trend:

Cari ilin yanvar-aprel ayları ərzində Türkiyəyə 405,4 milyon ABŞ dolları, Rusiya Federasiyasına 285,2 milyon ABŞ dolları, Gürcüstana 142,6 milyon ABŞ dolları, İsveçrə Konfederasiyasına 49,2 milyon ABŞ dolları, Qazaxıstana isə 34,5 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

Trend İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın may sayına istinadla bildirir ki, bu ilin aprel ayının qeyri-neft ixracı 275 milyon ABŞ dolları təşkil edib. 2023-cü ilin aprel ayı ərzində yeyinti məhsulları üzrə ixrac 66,3 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 208,7 milyon ABŞ dollarına bərabər olub.

Bu ilin aprel ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (84,5 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə (65,5 milyon ABŞ dolları) ikinci və Gürcüstan (33,4 milyon ABŞ dolları) üçüncü olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti