...

Maliyyə naziri neftin büdcə qiymətinin artırılmasından danışdı

İqtisadiyyat Materials 2 İyun 2023 11:35 (UTC +04:00)
Maliyyə naziri neftin büdcə qiymətinin artırılmasından danışdı
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Neftin bir barrelinin orta ixrac qiymətinin dövlət büdcəsində 60 dollar götürülməsi ilk baxışdan riskli görsənsə də real qiymətdir.

Trend-in məlumatına görə, bunu bu gün maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Qanuna dəyişikliyin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, yenilənmiş makroiqtisadi proqnozlara əsasən baza ssenaridə ilin qalan dövrü üçün neftin bir barrelinin orta ixrac qiyməti 60 ABŞ dolları götürülür.

Nazir əlavə edib ki, orta illik infilyasiyanın enməsi də nəzərdə tutulur.

Qeyd edək ki, Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Qanuna dəyişiklik müzakirə edilir.

Yenidən baxılmış 2023-cü il dövlət büdcəsinin gəlirləri 33779,5 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 3005,5 milyon manat və ya 9,8 faiz çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti