...

WiLAT tezliklə Azərbaycanda fəaliyyətə başlayacaq

İqtisadiyyat Materials 2 İyun 2023 20:53 (UTC +04:00)
WiLAT tezliklə Azərbaycanda fəaliyyətə başlayacaq
Əsmər Bayramova
Əsmər Bayramova
Bütün xəbərlər

Bakı. Trend:

Biz Azərbaycanda WiLAT (Logistika və Nəqliyyatda Qadınlar) assosiasiyasının yaradılması üzərində işləyirik.

Bunu cümə günü Trend-ə I Xəzər Beynəlxalq Nəqliyyat və Logistika Forumu zamanı Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən "Aztugem" Təhsil Mərkəzinin direktoru Lamiyə Xəlilova deyib.

Onun sözlərinə görə, hazırda təhsil mərkəzi qadınların logistika və nəqliyyat sahəsinə cəlb edilməsi istiqamətində fəal iş aparır.

Bu məqsədin reallaşması istiqamətində atılan addımlardan biri də Azərbaycanda WiLAT assosiasiyasının fəaliyyətə başlamasıdır.

Lamiyə Xəlilova qeyd edib ki, WiLAT Global və WILAT Türkiyə şirkətlərinin Türkiyədəki nümayəndələri ilə görüşdə assosiasiyanın Azərbaycanda fəaliyyətə başlaması müzakirə olunub.

"Avqustda işə salınması gözlənilir. Hazırda biz bu proses üzərində fəal işləyirik. Təbii ki, ictimaiyyətə ətraflı məlumat veriləcək", - Lamiyə Xəlilova bildirib.

Logistika və Nəqliyyatda Qadınlar Assosiasiyası (WiLAT) 2013-cü ilin iyun ayında qadınlar arasında bu sahələri populyarlaşdırmaq, habelə onların bu sahədə karyera inkişafını təşviq etmək və dəstəkləmək məqsədi ilə fəaliyyətə başlayıb.

Qeyd edək ki, Bakı Konqres Mərkəzində birinci Xəzər Beynəlxalq Nəqliyyat və Logistika Forumu öz işinə başlayıb. Təşkil olunan forum ilk dəfədir ki, mayın 31-dən iyunun 2-dək ölkəmizdə keçirilən 20-ci yubiley Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika “Translogistica Caspian” sərgisi çərçivəsində keçirilir.

Xəbər lenti

Xəbər lenti