...

Azərbaycanda mülki aviasiyanın inkişafı və aviasiya təhlükəsizliyi müzakirə edilib

İqtisadiyyat Materials 7 İyun 2023 12:40 (UTC +04:00)
Azərbaycanda mülki aviasiyanın inkişafı və aviasiya təhlükəsizliyi müzakirə edilib

Bakı. Trend:

Baş nazir Əli Əsədov Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Şurasının prezidenti Salvatore Şikitano ilə görüşüb.

Nazirlər Kabinetindən Trend-ə verilən xəbərə görə, görüşdə Azərbaycanda mülki aviasiyanın inkişafı və aviasiya təhlükəsizliyi sahəsində görülmüş işlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Ölkəmizdə aviasiya təhlükəsizliyi standartlarının ICAO standartlarına uyğunlaşdırılması təşkilat tərəfindən yüksək qiymətləndirildiyi diqqətə çatdırılıb.

İşğaldan azad edilmiş ərazilərdə istismara verilmiş hava limanlarının ICAO-nun beynəlxalq məkan indeksləri kataloquna daxil edildiyini bildirən Baş nazir, bu bölgələrdə beynəlxalq aeroportların inşasının turizmin inkişafı baxımından vacibliyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti