...

Bu il Azərbaycanda istehsal edilən minik avtomobillərinin sayı açıqlanıb

İqtisadiyyat Materials 17 İyun 2023 14:57 (UTC +04:00)
Bu il Azərbaycanda istehsal edilən minik avtomobillərinin sayı açıqlanıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2023-сü ilin yanvar-may aylarında 1582 ədəd və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 643 ədəd çox minik avtomobili istehsal olunub.

Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd olunan dövr ərzində maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 306,4 milyon manatlıq məhsul istehsal edilib, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 32,9 faiz, maşın və avadanlıqların istehsalı 9,0 faiz artıb, sair nəqliyyat vasitələrinin istehsalı isə 30,6 faiz azalıb.

Dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə traktorların istehsalı 66,0 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti