...

Qara metallar və onlardan hazırlanan məmulatların ixracı azalıb

İqtisadiyyat Materials 19 İyun 2023 06:46 (UTC +04:00)

Bakı. Trend:

Bu ilin yanvar-may aylarında 46,9 min ton qara metallar və onlardan hazırlanan məmulatlar ixrac edilib.

Trend Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, ixrac edilən qara metallar və onlardan hazırlanan məmulatların dəyəri 45,6 milyon dollar olub. Xatırladaq ki, 2022-ci ilin müvafiq dövründə dəyəri 59,4 milyon dollar olmaqla 65,1 min ton qara metallar və onlardan hazırlanan məmulatlar ixrac edilib.

Hesabat dövründə 225,1 min ton plastmas və onlardan hazırlanan məmulatlar ixrac edilib. İxrac edilən plastmas və onlardan hazırlanan məmulatların dəyəri 202,3 milyon dollar olub. Ötən ilin eyni dövründə dəyəri 153,2 milyon dollar olmaqla 141,9 min ton plastmas və onlardan hazırlanan məmulatlar ixrac edilib.

Birinci rübdə alüminium ixracında cüzi artım müşahidə olunub. Belə ki, beş ayda dəyəri 91,4 milyon dollar olmaqla 34,1 min ton alüminium ixrac edilib. Keçən ilin beş ayında 32,7 min ton alüminium ixrac olunub ki, onun da məbləği 121,6 milyon dollar təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti