Bakı. Trend:
İşsizlik sığortasının məbləği çox aşağıdır.
Trend-in məlumatına görə, bunu bu gün əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev "İnsan Resursları Zirvəsi 2023" tədbirində panel çıxışı zamanı deyib.
O bildirib ki, işsizlik sığortasının artırılmasına ehtiyac var.
"Həmçinin bizdə icbari sığorta da çox aşağıdır",- deyə nazir əlavə edib.