...

Füzuli su anbarlarında təmir-bərpa işlərinin yekunlaşacağı vaxt açıqlanıb

İqtisadiyyat Materials 22 İyun 2023 12:53 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Füzulidə su anbarlarında təmir-bərpa işlərinin bu il yekunlaşacağı planlaşdırılır.

Bunu Trend-ə açıqlamasında Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəsmisi Riad Axundzadə deyib.

O bildirib ki, Köndələnçay-1, Köndələnçay-2 və Aşağı Köndələnçay su anbarlarının layihə üzrə ümumi həcmi 15,5 milyon kubmetrdir.

R.Axundzadənin sözlərinə görə, su anbarlarının təmir-bərpası nəticəsində Füzuli rayonunun 6,2 min hektar torpaq sahəsinin su təminatı yaxşılaşdırılması nəzərdə tutulub.

"Su anbarının təmir-bərpası işlərinə 2022-ci ilin noyabrında başlanılıb və görülən işlərin bu ilin noyabrında yekunlaşdırılması nəzərdə tutulur. Hazırda podratçı şirkət tərəfindən işlər 62% yerinə yetirilib", - deyə o qeyd edib.

Qeyd edək ki, Köndələnçay-1 su anbarının tutumu 3,9 mln kbm, Köndələnçay-2 su anbarının tutumu 2,1 mln kbm, Aşağı Köndələnçay su anbarınln tutumu isə 9,5 mln kbm-dir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti