...

Yük və sərnişin qatarları qrafik üzrə hərəkətlərini davam etdirirlər - ADY

İqtisadiyyat Materials 4 İyul 2023 09:46 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

4 iyul saat 00.01 radələrində Xəzər dənizində baş vermiş zəlzələdən dərhal sonra dəmir yolu infrastrukturuna operativ baxış keçirən ADY-nin Fövqəladə Hallar Komissiyası öz işini yekunlaşdırıb.

Bu barədə Trend-ə "Azərbaycan Dəmir Yolları" QSCdən məlumat verilib.

Aparılan yoxlamalara əsasən zəlzələ nəticəsində yol infrastrukturuna ziyan dəyməmişdir.

Hazırda yük və sərnişin qatarları qrafik üzrə hərəkətlərini davam etdirirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti