...

Azərbaycanda dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi artıb

İqtisadiyyat Materials 17 İyul 2023 07:22 (UTC +04:00)
Azərbaycanda dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi artıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Dəniz nəqliyyatı ilə 2023-cü ilin yanvar-iyun aylarında daşınmış yüklərin həcmi 4 milyon 514,7 min ton təşkil etmiş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 21,7 faiz artıb.

Dövlət Statistika Komitəsindən Trend-ə bildirilib ki, yüklərin 56,2 faizini neft yükləri təşkil edib. Dəniz limanları tərəfindən 6 milyon 328,2 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 5 milyon 211,8 min tonunu və ya 82,4 faizini tranzit yüklər təşkil edib. 2023-cü il iyul ayının 1-nə limanlarda qalan yüklərin həcmi 237,3 min ton olub.

Hesabat dövründə bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2022-ci ilin müvafiq dövrünə nisbətən 6,1 faiz artaraq 10,5 min nəfər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti