...

Azərbaycanda "WhatsApp"ın işində problem yaranıb

İqtisadiyyat Materials 20 İyul 2023 00:32 (UTC +04:00)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Dünyanın müxtəlif ölkələrində və Azərbaycanda "WhatsApp" mesencerinin işində problem yaranıb.

Trend populyar internet resurslarda problemləri izləyən "Downdetector" portalına istinadən xəbər verir ki, "WhatsApp"da problemlərin müşahidə edilməsi ilə bağlı dünya üzrə artıq 30 minə yaxın şikayət daxil olub.

Bildirilir ki, istifadəçilərin əksəriyyəti mesajların göndərilməsində (56 faiz), tətbiqdə (41 faiz) və müsüncerin veb-versiyasında (4 faiz) problemlərlə üzləşiblər.

Baş vermiş problemlərlə bağlı şirkət rəsmi olaraq heç bir açıqlama bildirməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti