...

Uçot dərəcəsi ilə bağlı növbəti qərar veriləcək

İqtisadiyyat Materials 24 İyul 2023 10:19 (UTC +04:00)
Uçot dərəcəsi ilə bağlı növbəti qərar veriləcək
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) bu həftə növbəti dəfə uçot faiz dərəcəsi ilə bağlı qərar verəcək.

Trend xəbər verir ki, iyulun 26-də AMB bu il ərzində faiz dərəcəsi ilə bağlı beşinci qərarını açıqlyacaq. Bundan əvvəl iyun ayının 21-də AMB-nin İdarə Heyəti uçot dərəcəsini 9%, faiz dəhlizinin aşağı həddini 7.5%, faiz dəhlizinin yuxarı həddi isə 10% səviyyəsində dəyişməz saxlayıb.

Mərkəzi Bankdan bildirilib ki, pul siyasəti ilə bağlı növbəti qərarlarını da daxili və xarici inflyasiya risklərini, faktiki və gözlənilən inflyasiyanın hədəfdən yayınma dərəcəsini nəzərə almaqla qəbul edəcək. "Mərkəzi Bank bundan sonra da inflyasiya amillərinin dərin təhlilini davam etdirəcək, monetar şərait vasitəsilə inflyasiyanı hədəf çərçivəsinə qaytarmaq üçün sərəncamındakı bütün alətlərdən adekvat istifadə edəcəkdir. İnflyasiya təzyiqlərinin davamlı səngiməsi halında pul siyasətinin sərtləşdirilməsində ən azı cari ilin sentyabrınadək pauza götürülməsi, sonrakı mərhələlərdə isə onun yumşaldılması imkanları nəzərdən keçiriləcəkdir", - Mərkəzi Bankın açıqlamasında bildirilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti