...

Bişkekdə Azərbaycanın kapital bazarlarının imkanlarının təqdimatı olub

İqtisadiyyat Materials 1 Avqust 2023 04:32 (UTC +04:00)
Bişkekdə Azərbaycanın kapital bazarlarının imkanlarının təqdimatı olub
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

“Qırğız Fond Birjası” QSC-nin dəvəti ilə Bişkek şəhərində Azərbaycan Respublikasının kapital bazarlarının imkanlarının təqdimatı olub.

Bakı Fond Birjasından Trend-ə bildirilib ki, təqdimat zamanı qurumun fəaliyyəti, ticarət dövriyyəsi, ölkəmizdə kapital bazarının cari vəziyyəti və inkişaf mərhələsinin öyrənilməsi, ilkin və təkrar bazarlar üzrə perspektiv, regional kapital bazarlarının inkişafı üçün sahələrin müəyyən edilməsi üzrə ətraflı müzakirələr aparılıb. Eyni zamanda, Azərbaycan Respublikasının kapital bazarlarının unikal imkanları barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, iki ölkənin kapital bazarlarının imkanlarına dair müzakirələr zamanı iştirakçılar Azərbaycanın fond bazarının inkişaf səviyyəsini yüksək qiymətləndiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti