...

Fitch ABŞ-ın uzunmüddətli kredit reytinqini aşağı salıb

İqtisadiyyat Materials 2 Avqust 2023 04:08 (UTC +04:00)
Əsmər Bayramova
Əsmər Bayramova
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq reytinq agentliyi "Fitch" ABŞ-ın uzunmüddətli kredit reytinqini "AAA"dan "AA+"a endirib və proqnozu mənfidən sabitə dəyişib.

Trend xəbər verir ki, bu barədə reytinq agentliyinin məlumatında deyilir.

Beləliklə, ABŞ-ın kredit reytinqi son 12 ildə ilk dəfə olaraq aşağı salınıb.

Məsələ ilə bağlı verdiyi yazılı açıqlamada ABŞ-ın maliyyə naziri Canet Yellen "Fitch"in qərarı ilə qəti şəkildə razılaşmadığını bildirib.

"Fitch"in qərarı amerikalıların, sərmayəçilərin və dünyadakı insanların onsuz da bildiklərini dəyişmir", - deyə C.Yellen bildirib.

Qeyd edək ki, ABŞ-ın kredit reytinqi sonuncu dəfə 2011-ci ildə başqa bir reytinq agentliyi olan "Standard & Poor's" tərəfindən aşağı salınmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti