...

Azərbaycanda bank kartları ilə aparılan əməliyyatların həcmi AÇIQLANIB

İqtisadiyyat Materials 10 Avqust 2023 16:04 (UTC +04:00)
Azərbaycanda bank kartları ilə aparılan əməliyyatların həcmi AÇIQLANIB
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin yanvar-iyun ayları ərzində Azərbaycanda banklara məxsus ödəniş xidməti şəbəkəsində digər qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları ilə 999,9 milyon manatlıq əməliyyat aparılıb.

Bu barədə Trend-ə Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.

Koronovirus (COVID-19) pandemiyası ilə bağlı yaranmış vəziyyət digər ölkələrdə olduğu kimi, Azərbaycanın da turizm sektoruna təsirsiz ötüşməyib. 2023-cü ilin yanvar-iyun aylarında banklara məxsus ödəniş xidməti şəbəkəsində digər qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları ilə 999,9 milyon manat, yalnız iyun ayında isə 148,6 milyon manat dəyərində əməliyyat aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti