...

Ləğv prosesində olan bankın dəyəri 7 milyon manat olan 4 yaşayış evi hərraca çıxarılıb

İqtisadiyyat Materials 12 Avqust 2023 14:48 (UTC +04:00)
Ləğv prosesində olan bankın dəyəri 7 milyon manat olan 4 yaşayış evi hərraca çıxarılıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avqustun 31-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan “Ata Bank” və “Dəmir Bank” ASC-lərin, sentyabrın 14-də isə “Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanı”nda “Dəmir Bank”ın daşınar və daşınmaz əmlaklarının satışı üzrə açıq hərraclar keçiriləcək.

Trend xəbər verir ki, bu barədə bankların ləğvedicisi - Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ƏSF) məlumat yayıb.

Söhbət “Ata Bank”a məxsus 38 ədəd qeyri-işlək vəziyyətlərdə olan bankomatdan, “Dəmir Bank”a məxsus 18 ədəd qeyri-işlək vəziyyətlərdə olan bankomatdan, eləcə də, “Dəmir Bank”a məxsus Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, ev 69/1-69/2-69/3-69/4 ünvanında yerləşən 485,9 kv.metrlik 4 fərdi yaşayış evindən gedir.

Bankların daşınar əmlaklarına müvafiq olaraq 4,8 min manat və 2,3 min manat, “Dəmir Bank”ın daşınmaz əmlaklarına isə 1 milyon 912,5 min manat, 1,870 milyon manat, 1,870 milyon manat və 1 milyon 742,5 min manat qiymət qoyulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti