...

Mərkəzi Bankın edəcəyi çox şey yoxdur, inflyasiya idxaldır - AMB sədri

İqtisadiyyat Materials 10 Oktyabr 2023 17:51 (UTC +04:00)
Mərkəzi Bankın edəcəyi çox şey yoxdur, inflyasiya idxaldır - AMB sədri
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Xüsusilə bir il yarım ərzində izafi tələbin, yəni istehlakın qarşısının alınmasını hədəfləyirdik. Biz öz monetar siyasətimizi sərtləşdirmişik. Həmçinin, makroprudensial tələblərimizi sərtləşdirərək, istehlakın azaldılması istiqamətində tədbirlər görmüşük.

Trend xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov AzTv-yə müsahibəsində bildirib.

O qeyd edib ki, bütün dünyada mərkəzi banklar tələb inflasiyasını idarə etməyə çalışırlar:

"Uçot dərəcəsini dəyişməklə tələb inflasiyasına təsir edə bilirlər. Son üç ildə aparılan müşahidələr göstərir ki, Azərbaycanda və demək olar ki, bizim əksər ticarət tərəfdaşlarında inflyasiya qlobal ərzaq qiymətlərinin artımı səbəbindən yüksəlir.

Ticarət tərəfdaşlarımızda yüksələn inflyasiya bizə idxal olunur. Ona görə burada Mərkəzi Bankın edəcəyi çox şey yoxdur, çünki inflyasiya digər ölkədən idxal vasitəsilə daxil olur. Mərkəzi Bankın inflyasiyaya azaldıcı təsirinə gəldikdə, bu əsasən, sabit məzənnə rejimi sayəsində mümkün olur. Mərkəzi Bank öz kommunikasiyasında, hesablama və proqnozlarında çox aktiv şəkildə nominal effektiv məzənnəni istifadə edir. Nominal effektiv məzənnə Azərbaycan manatının ticarət tərəfdaşlarının valyutalarına nisbətidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti