Bakı. Trend:
Energetika naziri Pərviz Şahbazov Çin Xalq Respublikasının (ÇXR) Milli İnkişaf və İslahat Komissiyasının sədri Zheng Shanjienin dəvəti ilə Çinə səfər edib.
Trend xəbər verir ki, nazir 18 oktyabr tarixində Pekin şəhərində keçiriləcək 3-cü “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumu çərçivəsində “Bağlantılar” üzrə yüksək səviyyəli iclasda iştirak edəcək.
Tədbir çərçivəsində nazirin “Qarşılıqlı faydalı inkişaf üçün infrastrukturun, həmçinin texnologiyaların, standartların, qaydaların və əməliyyatların əlaqələndirilməsinin gücləndirilməsi” mövzusunda çıxışı və ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.