...

İşğaldan azad edilmiş ərazilərdə aparılan dövlət torpaq kadastr uçotu işləri AÇIQLANIB

İqtisadiyyat Materials 18 Oktyabr 2023 16:06 (UTC +04:00)
İşğaldan azad edilmiş ərazilərdə aparılan dövlət torpaq kadastr uçotu işləri AÇIQLANIB
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

“İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası çərçivəsində dövlət torpaq kadastr uçotu işləri davam etdirilir.

Trend xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkə hesabında bildirib.

"Yerquruluşu işləri çərçivəsində indiyə qədər 718 406,5 ha ərazidə çöl ölçmə işləri aparılıb. Zəngilan (70 860 ha), Qubadlı (79 876 ha), Kəlbəcər (195 406 ha), Cəbrayıl (104 936,5 ha) və Laçın (177 417 ha) rayonları üzrə işlər yekunlaşdırılaraq müvafiq kadastr sisteminə miqrasiya olunub, Füzuli (45 636 ha) və Ağdam (44 275 ha) rayonları üzrə isə işlər davam etdirilir", - deyə o, qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti