...

Qadınlar tərəfindən yaradılan kooperativlərin sayı 10-a çatıb - Nazirlik

İqtisadiyyat Materials 19 Oktyabr 2023 16:21 (UTC +04:00)
Qadınlar tərəfindən yaradılan kooperativlərin sayı 10-a çatıb - Nazirlik
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Aqrar sahədə çalışan qadın fermerlərimiz çoxdur. Məqsədlərimizdən biri də onlara dəstək tədbirlərinin artırılmasıdır.

Trend xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova oktyabrın 19-da Azərbaycan Qadınlarının VI Qurultayı çərçivəsində “Sosial-iqtisadi islahatların gender aspektləri. Formal və qeyri-formal məşğulluqda qadın təmsilçiliyi” mövzusunda keçirilən panel müzakirələrdə deyib.

Nazir müavininin sözlərinə görə, statistikaya əsasən, elektron sistemdə 653 639 qeydiyyatdan keçənin 169 789-u qadındır. İstehsalat sahəsində qadınların kişilrlə bərabər saya gətirilməsi də vacibdir.

Nazir müavini bildirib ki, qadınlar tərəfindən yaradılan kooperativlərin sayı 10-a çatıb.

Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Qadınlarının VI Qurultayı keçirilir.

Azərbaycanın bütün regionlarından olan 600-ə yaxın qadının bir araya gəldiyi Azərbaycan Qadınlarının VI Qurultayı ölkəmizdə qadın hərəkatının əsasını qoymuş Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi, eyni zamanda ilk Qadın Qurultayının 25 ili münasibətilə baş tutur.

Türkiyə, Özbəkistan və Tacikistan Respublikalarının dövlət rəsmilərinin də qatılacağı Qurultayda millət vəkilləri, dövlət və qeyri-hökumət, eləcə də beynəlxalq təşkilatların və xarici dövlətlərin ölkəmizdəki səfirliklərinin, o cümlədən respublikanın bütün regionlarından nümayəndələr, görkəmli ictimai-siyasi xadimlər iştirak edəcək, qeyd edilən məsələləri müzakirə edərək, təkliflərini diqqətə çatdıracaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti