Bakı. Trend:
SOCAR və onun törəmə müəssisələri tərəfindən 2408,0 milyon manat məbləğində dövlət büdcəsinə vergi ödənişləri nəzərdə tutulur ki, bu da 2023-cü ilin müvafiq göstəricisi ilə müqayisədə 208,0 milyon manat və ya 9,5 faiz, 2022-ci ilin icrası ilə müqayisədə isə 395,3 milyon manat və ya 19,6 faiz çoxdur.
Trend xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı 2024-cü ilin dövlət büdcəsinin layihəsində bildirilib.
SOCAR üzrə proqnozlaşdırılan daxilolmaların 2000,0 milyon manatı və ya 83,1 faizi vergi orqanlarının xətti ilə daxilolmaların, 408,0 milyon manatı və ya 16,9 faizi isə dividend ödənişlərinin payına düşür.
Qeyd edək ki, 2024-cü ilin Yanacaq Enerji Balansının proqnoz göstəriciləri nəzərə alınmaqla minimum vergi öhdəlikləri üzrə hesablamalar aparılmışdır.