Bakı. Trend:
Oktyabr ayı bütün dünyada süd vəzi xərçənginə qarşı mübarizə və
maarifləndirmə ayı kimi qeyd olunur. Yelo Bank bu mühüm sağlamlıq
problemi haqqında məlumatlılığı artırmaq üçün təşəbbüskar addım
atıb. Sağlam Ailə-nin təşkilatçılığı və tanınmış həkim-ginekoloqun
iştirakı ilə Bankın qadın əməkdaşları üçün maarifləndirmə tədbiri
keçirilib. Son illər bu xərçəng növü üzrə ölkəmiz də daxil olmaqla,
bütün dünyada tutulma halları artmaqdadır. Həyati təhlükə daşıyan
bu xəstəliyin erkən diaqnozu çox əhəmiyyətlidir. Bu məqsədlə
həkim-ginekoloq Sevgin Bayramzadə süd vəzi xəçəngi, onun
əlamətləri, risk faktorları, vaxtaşırı tibbi müayinələrdən keçmənin
vacibliyi, xəstəliyin qarşısının alınması metodlarından bəhs edib.
Tədbir məlumatlandırıcı materialların paylanılması ilə
yekunlaşıb.
Qeyd edək ki, Yelo Bank 2023-cü ili “Sağlamlıq ili” elan edib və
əməkdaşlarının rifahının yüksəldilməsi üçün bir sıra layihələrə
imza atıb. Cari ilin əvvəlində Bank daxilində əməkdaşlar üçün
ödənişsiz göz, D vitamini, gizli şəkər müayinəsi həyata keçirilib.
Həmçinin, tanınmış tibb nümayəndələrinin iştirakı ilə sağlamlıq
sessiyaları və müntəzəm yoqa dərsləri də təşkil edilir.
Ehtiyac
krediti ilə bağlı əlavə sualınız var? O zaman 981 nömrəsinə
zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.