Bakı. Trend:
2023-cü ilin yanvar-sentyabr aylarında Bakı şəhərində ictimai iaşə dövriyyəsi, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 25,4% artaraq 1 milyard 18,3 milyon manat təşkil edib.
Bu barədə Trend-ə Bakı Şəhər Statistika İdarəsindən bildirilib.
Paytaxtın ictimai iaşə dövriyyəsinin ən çox olduğu rayon Səbail ( 341 mln. 779 min manat), ən az olduğu rayon isə Pirallahıdır ( 4 927).
Rayonlar | İctimai iaşə dövriyyəsi min. manat |
Səbail | 341 779 |
Nərimanov | 142 405 |
Yasamal | 105 302 |
Xətai | 87 183 |
Nəsimi | 86 277 |
Nizami | 60 964 |
Binəqədi | 58 445 |
Xəzər | 48 783 |
Sabuncu | 33 578 |
Qaradağ | 29 264 |
Suraxanı | 19 417 |
Pirallahı | 4 927 |