...

Horadiz-Ağbənd layihəsinin 45 faizi yerinə yetirilib - ADY sədri

İqtisadiyyat Materials 12 Dekabr 2023 14:18 (UTC +04:00)
Horadiz-Ağbənd layihəsinin 45 faizi yerinə yetirilib - ADY sədri
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Horadiz-Ağbənd layihəsinin 45 faizi yerinə yetirilib

Trend xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı Fəxri Xiyabanı ziyarət edərkən jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, layihənin tam yekunlaşdırılması 2025-ci ildə nəzərdə tutulur.

"Hazırda işlər sürətlə davam etdirilir. 73-cü km-ə qədər dəmir yolu xətti çəkilib, birinci tunelin qazıntı işləri həyata keçirilir", - deyə o, əlavə edib.

O bildirib ki, qalan son işlər Təzəkənd, Köçərli və Bərdə stansiyaları ilə bağlıdır:

“Hazırda onların da tikintisi həyata keçirilir. Yaxın vaxtlarda tikinti işləri yekunlaşacaq. Ağdam avtovağzal və dəmir yolu komplekslərinin də tikintisinə başlanılması üçün layihə razılaşdırılma işləri həyata keçirilir".

Xəbər lenti

Xəbər lenti