...

Azərbaycan Davosda COP29-un ev sahibi kimi səylərini diqqətə çatdırdı

İqtisadiyyat Materials 19 Yanvar 2024 09:45 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan hökuməti İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda COP29-un ev sahibi kimi səylərini diqqətə çatdırıb.

Trend xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“Davos İqtisadi Forumu çərçivəsində keçirilən “Dünya iqtisadi liderlərinin qeyri-rəsmi toplantısı: 2030-cu ilə doğru” sessiyasında COP29-un ev sahibi kimi Azərbaycanın səylərini diqqətə çatdırdıq, enerjidən səmərəli istifadə və iqlim dəyişikliyinin təsirinin azaldılmasına dair fikirlərimizi bölüşdük, həmçinin COP29-un əsas mövzusu olan qalıq yanacaqlardan asılılığı azaltmaq və yaşıl enerjini təşviq etmək üçün maliyyə mexanizmləri üzrə ölkəmizin yanaşmasını müzakirə etdik. COP29-da yaşıl gündəliyə və qlobal iqlim fəaliyyətinə sadiqliyimizi bir daha vurğuladıq”, - deyə nazir qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti