...

Un məmulatları istehsalı layihəsinə 200 min manat güzəştli kredit verildi

İqtisadiyyat Materials 22 Yanvar 2024 13:18 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Daha bir MMC-yə güzəştli kredit verilib.

Trend xəbər verir ki, bunu Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Sahibkarlığın İnkişafı Fondu tərəfindən "Cooky Chefs" MMC-yə un məmulatlarının istehsalının inkişafı layihəsi üçün 200 min manat güzəştli kredit ayrılıb. Kiçik və orta biznesin fəaliyyətinin stimullaşdırılması onların iqtisadiyyatda rolunun möhkəmləndirilməsinə xidmət edir", - nazir qeyd edib.

Qeyd edək ki, 2023-cü ildə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 3276 investisiya layihəsinin maliyyələşdirilməsinə 193,8 milyon manat güzəştli kredit verilib. İnvestisiya layihələrinin ümumi dəyəri 459,9 milyon manat olub, kreditləşmənin həcmi isə təqribən 33 faiz artıb.

Xatırladaq ki, 2022-ci ildə Sahibkarlığın İnkişafı Fondu tərəfindən Azərbaycanda sahibkarlar 145,9 milyon manat dəyərində güzəştli kredit əldə edib.

Xəbər lenti

Xəbər lenti