...

Mikayıl Cabbarov Dünya Bankının nümayəndəsi ilə görüşdü (FOTO)

İqtisadiyyat Materials 29 Yanvar 2024 14:29 (UTC +04:00)
Mikayıl Cabbarov Dünya Bankının nümayəndəsi ilə görüşdü (FOTO)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Ştefani Ştallmaysterlə görüşüb.

Trend xəbər verir ki, Dünya Bankı ilə çoxistiqamətli əlaqələrin və səmərəli əməkdaşlığın əhəmiyyətini vurğulayan iqtisadiyyat naziri investisiya mühitinin təkmilləşdirilməsi, dövlət-özəl sektor tərəfdaşlığı, innovasiyalar, idarəetmə texnologiyalarının inkişafı, sahibkarlığın dəstəklənməsi və digər sahələr üzrə uğurlu tərəfdaşlığı qeyd edib.

Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Ştefani Ştallmayster təmsil etdiyi beynəlxalq qurumun Azərbaycanla əməkdaşlığa önəm verdiyini, ölkəmizin inkişaf prioritetlərinə nail olunmasında Dünya Bankının dəstəyini davam etdirəcəyini vurğulayıb.

Görüşdə Dünya Bankı Qrupu tərəfindən hazırlanacaq qısa və uzunmüddətli perspektivdə Azərbaycanın inkişaf prioritetləri və planlarını əks etdirən yeni Ölkə Tərəfdaşlıq Çərçivəsi sənədində əks olunacaq əsas strateji istiqamətlər təqdim edilib. Sənəd Dünya Bankı ilə əməkdaşlığın genişləndirilməsi məqsədilə hazırlanmış Yol Xəritəsi ilə uyğunlaşdırılmaqla regional və qlobal çağırışlara töhfə verəcək, eləcə də özəl sektorun inkişafını gücləndirmək və özəl kapitalı səfərbər etmək imkanlarını müəyyən edəcəkdir.

Görüşdə Azərbaycanın inkişaf prioritetləri, Ölkə Tərəfdaşlıq Çərçivəsi sənədində əks olunacaq məsələlər və COP29-un ölkəmizdə təşkili barədə müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti