...

Azərbaycan əhalisi əsasən bu nəqliyyat vasitələrindən istifadə edib

İqtisadiyyat Materials 21 Fevral 2024 18:59 (UTC +04:00)
Azərbaycan əhalisi əsasən bu nəqliyyat vasitələrindən istifadə edib
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ilin yanvar ayında Azərbaycanda nəqliyyatçılar 145,6 milyon sərnişinə xidmət göstəriblər.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, sərnişinlərin 87,5 faizi avtomobil nəqliyyatı, 11,8 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 9,3 milyon ton yük, 127,5 milyon sərnişin daşınmış və əvvəlki ilin yanvar ayı ilə müqayisədə müvafiq olaraq 6,7 faiz və 5,9 faiz artım qeydə alınmışdır. Sərnişinlərin 95,4 faizi avtobus, 4,6 faizi isə minik taksilərinin xidmətlərindən istifadə etmişdir. Sərnişin dövriyyəsi isə 6,9 faiz artmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti