...

Qafqaz və Mərkəzi Asiya ölkələri son illərin şoklarına tab gətirdilər - BVF-nin departament direktoru

İqtisadiyyat Materials 18 Aprel 2024 21:42 (UTC +04:00)
Qafqaz və Mərkəzi Asiya ölkələri son illərin şoklarına tab gətirdilər -  BVF-nin departament direktoru
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Vaşınqton. Trend:

Qafqaz və Mərkəzi Asiya ölkələri son bir neçə ilin şoklarına tab gətirə və sağlam inkişaf səviyyəsini qoruyub saxlaya biliblər.

Bunu bu gün Vaşinqtonda BVF-nin yaz iclasları çərçivəsində keçirilən brifinq zamanı Trend-in sualını cavablandıran BVF-nin Yaxın Şərq və Mərkəzi Asiya departamentinin direktoru Cihad Azur deyib.

"Qafqaz və Mərkəzi Asiya regionundakı ölkələr qlobal iqtisadiyyatın üzləşdiyi müxtəlif dəyişikliklərə, o cümlədən geoiqtisadi parçalanmaya və ticarət yollarında dəyişikliklərə fəal şəkildə uyğunlaşırlar. Onlar buna həm ölkələr, həm də kollektiv şəkildə reaksiya veriblər", - deyə o bildirib.

C.Azur qeyd edib ki, Ukraynada müharibə başlayandan bəri Qafqaz və Mərkəzi Asiya ölkələri də enerji resurslarına məhdud çıxışın nəticələrinin yumşaldılmasına dəstək verib:

"Enerji təchizatı ilə bağlı heç bir problem gözləmirik. Təbii ki, bu təhlükəsizlik hadisələri və ya geosiyasi hadisələr baş verəndə biz bazarlarda müəyyən səviyyədə volatillik, müəyyən hallarda müəyyən gərginlik görürük, lakin ümumilikdə bazar mövcud çatışmazlıqları ödəmək üçün tədarüklərin tənzimlənməsi və təmin edilməsində effektiv olduğunu sübut etdi".

Qeyd edək ki, aprelin 15-də Vaşinqtonda Beynəlxalq Valyuta Fondunun (BVF) və Dünya Bankı Qrupunun (DBQ) Yaz İclasları öz işinə başlayıb.

Nazirlər səviyyəsində əsas görüşlər və tədbirlər 17-19 aprel tarixlərində, digər görüşlər isə 15-20 aprel tarixlərində keçirilir.

BVF-in İnkişaf Komitəsi və Beynəlxalq Valyuta-Maliyyə Komitəsinin iclasları əsas tədbirlərdən biridir. Burada DBQ və BVF-in fəaliyyəti müzakirə olunur.

BVF-in yaz iclaslarında mərkəzi bankların rəhbərləri, maliyyə və inkişaf nazirləri, parlamentarilər, özəl sektor və vətəndaş cəmiyyətinin, habelə elmi təşkilatların nümayəndələri bir araya gələrək qlobal narahatlıq doğuran problemləri, o cümlədən dünya iqtisadiyyatı ilə bağlı məsələləri, yoxsulluğun aradan qaldırılması və iqtisadi inkişafla bağlı mövzuları müzakirə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti